EN

Ukraynadan daha 30 nəfər uşaq ölkəmizə gətirilib

Bakı. Trend:

Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizəgətirilərək, reabilitasiya xidmətlərinə cəlb edilməsi işləri davametdirilir.

Trend xəbərverir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və ReabilitasiyaAgentliyinin təşkilatçılığı ilə daha 30 nəfər ukraynalı uşaqreabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizəgətirilib.

Uşaqlara Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10günlük reabilitasiya proqramı çərçivəsində tibbi, eləcə də,sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.

Uşaqlar üçün peşəkar psixoloqlar tərəfindən fərdikonsultasiyalar, qrup terapiyaları, eləcə də, yoqa və rəqs terapiyaməşğələləri təşkil olunacaq.

Reabilitasiya proqramı onların emosional vəziyyətlərininstabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinədəstək məqsədi daşıyır.

Uşaqların Azərbaycan mədəniyyəti, milli-mədəni, tarixi irslədaha yaxından tanışlığı üçün onların Şəki və Qəbələ şəhərlərindətarixi yerlərə, muzeylərə ekskursiyaları da təşkil olunacaq.

Qeyd edək ki, bundan əvvəlki 5 qrupla birlikdə ümumilikdə180-dək ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixolojireabilitasiya xidmətləri ilə təmin edilib.

Məqalədə:
Chosen
16
26
az.trend.az

10Sources