EN

İsrail ordusu Livanın cənubuna və Bekaa şəhərinə hücum etdi, ölənlər var

İsrail döyüş təyyarələrinin Livanın cənubuna və şərqindəki Bekaa şəhərinə təşkil etdiyi hücumlarda 8 nəfərin öldüyü açıqlanıb.
Livan Səhiyyə Nazirliyinin yaydığı bəyanata görə, İsrail ordusunun ölkənin cənubundakı Nəbatiyyə şəhərinin Hiyam qəsəbəsinə pilotsuz uçuş aparatı ilə təşkil etdiyi hücum nəticəsində bir nəfər ölüb.
Ölkənin rəsmi NNA xəbər agentliyinin yaydığı məlumatda İsrailin eyni şəhərə təşkil etdiyi ikinci hücumda daha 6 nəfərin həlak olduğu bildirilib.
İsrailin Livanın şərqindəki Bekaa şəhərinin Rəşiyə qəsəbəsinin Rafid bölgəsinə hücumu nəticəsində 1 nəfərin öldüyü, 3 nəfərin yaralandığı qeyd edilib.



Chosen
22
1
trt.net.tr

2Sources