EN

AccessBank AYİB-in Ticarətin MaliyyələşdirilməsiProqramına qoşulub (FOTO)

Bakı. Trend:

01.10.2024. Müştərilərinə innovativ maliyyə həlləri təqdim etməkməqsədinə sadiq olan AccessBank, Avropa Yenidənqurma və İnkişafBankı (AYİB) ilə Ticarətin Maliyyələşdirilməsi Proqramı (TradeFacilitation Programme) çərçivəsində əməkdaşlıq müqaviləsiimzalayıb. Bu strateji təşəbbüs beynəlxalq ticarət əməliyyatlarınıdəstəkləmək və Azərbaycanın bütün ərazilərində sahibkarlarınmaliyyə imkanlarını genişləndirməyə xidmət edir.

Müqavilə, beynəlxalq ticarət iştirakçılarına əlavə maliyyəresurslarına çıxış imkanı yaradan vacib tərəfdaşlığı əks etdirir.Proqram çərçivəsində sahibkarlar zəmanət və maliyyə dəstəyi alaraq,riskləri azaltmaq, ticarət əməliyyatlarını asanlaşdırmaq,fəaliyyətlərini daha səmərəli idarə etmək və qlobal bazarlara çıxışimkanlarından yararlanma imkanı əldə edəcəklər.

AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri qeyd edibki: "Biz AccessBank-ın AYİB ilə saziş imzalaması və TicarətinMaliyyələşdirilməsi Proqramına qoşulması ilə fəxr edirik. Bu mühümProqram müştərilərimizə daha rəqabətədavamlı və innovativ maliyyəhəlləri təqdim eməklə, Azərbaycanda idxal-ixrac fəaliyyətinidəstəkləyəcək və ölkənin ümumi iqtisadi inkişafına töhfəverəcək".

Ticarətin Maliyyələşdirilməsi Proqramı çərçivəsində imzalanansaziş, AccessBank-ın geniş spektrli maliyyə xidmətləri göstərməkqabiliyyətini gücləndirəcək. Bundan əlavə, yerli şirkətlərəbeynəlxalq ticarətdə daha səmərəli iştirak üçün zəruri vasitələrtəqdim etməklə yanaşı, riskləri azaldacaq, iqtisadi inkişafıstimullaşdacaq.

1999-cu ildə yaradılan Ticarətin Maliyyələşdirilməsi ProqramıAYİB ölkələrində xarici və daxili ticarətin inkişafına xidmət edir.Proqram çərçivəsində AYİB beynəlxalq banklara seçilmiş banklara vəfaktorinq şirkətlərinə yerli ixracatçılar, idxalçılar vədistribyutorlara qısamüddətli kreditlər təqdim etmək üçün zəmanətverir.

AccessBank Azərbaycanda KOB-lar üzrə ixtisaslaşan və 2002-ciildən sərfəli maliyyə xidmətləri təklif edən kommersiya bankıdır.Bank yerli biznesin inkişafını dəstəkləyərək, əlçatan və sərfəlixidmətlər təklif edir və ölkə iqtisadiyyatının güclənməsində mühümrol oynayır.

AYİB Azərbaycanın ən böyük institusional investoru olaraq,ölkədə 190 layihəyə 3,7 milyard avrodan çox sərmayə yatırıb. Bankınəsas missiyası ölkənin iqtisadi diversifikasiyasını və davamlıinkişafını dəstəkləməkdir.

AccessBank
AccessBank
AccessBank
AccessBank
Chosen
7
10
az.trend.az

10Sources