EN

Deputat: Vətən müharibəsindən sonra ölkəmizə qarşı risklər artıb

Bakı, 1 oktyabr, AZƏRTAC

Vətən müharibəsindən sonra Azərbaycanın nüfuzu yüksəlib, amma ölkəmizə qarşı risklər də artıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fariz İsmayılzadə "Prezident İlham Əliyevin Milli Məclisdə çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda tədbirdə söyləyib.

Deputat bildirib ki, Ermənistanın silahlandırılması fonunda Cənubi Qafqazdakı sülh vizyonu aradan qalxır, yeni geosiyasi oyunun əsasını qoyulur.

O əlavə edib ki, iqtisadiyyatımız güclü olarsa, ölkəmiz regional haba çevrilə bilər. Buna görə də təhlükəsizliyimizi maksimum dərəcədə gücləndirməliyik.

Chosen
14
azertag.az

1Sources