EN

Rasim Musabəyov: Azərbaycan regional balansı formalaşdıran əsas aktora çevrilib

Bakı, 1 oktyabr, AZƏRTAC

ABŞ, Avropa İttifaqı Azərbaycana qarşı mənfi münasibət sərgiləyir. Bu gün Azərbaycana qarşı Fransa tərəfindən edilən təzyiqlər öz bəhrəsini vermir. Ölkəmiz İtaliya, Böyük Britaniya, Almaniya, Macarıstan və digər ölkələrlə əməkdaşlığı genişləndirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rasim Musabəyov “Prezident İlham Əliyevin Milli Məclisdə çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda tədbirdə söyləyib.

O bildirib ki, Ermənistan Rusiyadan uzaqlaşır, Gürcüstan isə Qərbin təsirindən çıxmağa çalışır. Regional “3+3” platforması hələ ki, aktiv şəkildə fəaliyyət göstərmir.

Deputat əlavə edib ki, Azərbaycan dünyadakı proseslərdən öz xeyrinə istifadə edir, ölkəmiz regional balansı formalaşdıran əsas aktora çevrilib.

“Özbəkistanla strateji müttəfiq olmuşuq, növbədə isə Qazaxıstandır. Prezident İlham Əliyevin Mərkəzi Asiyaya səfərləri, vacib tədbirlərə dəvət edilməsi, ölkələrimizin birgə hərbi təlimləri əlaqələri daha da möhkəmləndirir”,- deyə R.Musabəyov vurğulayıb.

 

Chosen
6
azertag.az

1Sources