EN

"PASHA Bank Cup VI" yarışının qalibləri müəyyən olub(FOTO)

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”tərəfindən keçirilən növbəti "PASHA Bank Cup" müsabiqəsi başaçatıb.

29 sentyabrda Bakı Mühəndislik Universitetində keçirilən finalmərhələsində qüvvəsini sınayan 68 iştirakçıdan kateqoriyalar üzrəümumilikdə 12 qalib seçilib.

Tədbirdə çıxış edən “PAŞA Bank”ın idarə heyətinin üzvü CalalOrucov ölkədə İT sahəsində təhsil alan, eləcə də çalışan bacarıqlıkadrları üzə çıxarmaq istiqamətindəki fəaliyyətindən və "PASHA BankCup" müsabiqəsinin bu istiqamətdəki mühüm rolundan danışıb.

“Bu sahə ölkəmiz üçün ən strateji istiqamətlərdən biridir. “PAŞABank” olaraq, informasiya texnologiyaları, informasiyatəhlükəsizliyi, kiber təhlükəsizlik və rəqəmsal mühəndisliksahələrində tədbirlərin təşkilini davam edəcəyik. Ölkəmizdəkitəhsil ocaqları ilə yaxından əməkdaşlıq edərək, gənclər arasında busahəyə daha çox maraq yaratmağı hədəfləyirik,”deyə, C.Orucov qeydedib.

"PASHA Bank Cup VI" yarışının qalibləri:

Məktəblilər

Fuad Qarayev Ayxan Dəmirli Həsən Əliyev

Tələbələr

Sahib Əliyev Emil İnoçkin Emin Orucov

Peşəkarlar

Ziya Mukhtarov Rəşad Məmmədov Cavid İbrahimov

“PAŞA Bank”lılar

Anar Verdiyev Ülvi Aslanlı Anar Məmmədov

Qaliblərə və final mərhələsində yüksək nəticə göstərəniştirakçılara Bank tərəfindən MacBook Pro M3, iPad Pro 11 M4, Applewatch və digər dəyərli hədiyyələr təqdim olunub.

Xatırladaq ki, “PAŞA Bank”, İT sahəsinin inkişafına töhfəvermək, eləcə də bu sahədə ən son trendləri və təcrübələripaylaşmaq üçün “Rəqəmsal zirvələr” konfransı, “Hackathon”lar və birsıra layihələr həyata keçirib və bu istiqamətdə fəaliyyətini davametdirməkdədir.

Məqalədə:
Chosen
14
4
az.trend.az

5Sources