EN

FIFA referimiz Elçin Məsiyev UEFA Konfrans Liqası oyununa təyinat alıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının Liqa mərhələsinin I turunda keçiriləcək "Boraç" (Bosniya və Herseqovina) - "Panatinaikos" (Yunanıstan) oyununa təyinat alıb.
Oxu.Az AFFA-nın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, ona meydanda Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İnqilab Məmmədov və fransalı Benua Miyo olacaqlar.
Oktyabrın 3-də Banya-Luka şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Chosen
24
oxu.az

1Sources