EN

“Araz” supermarketlər şəbəkəsi “Araz”ın sahilində” təmizlik aksiyasına start verib

"Araz" supermarketlər şəbəkəsi "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi məqsədilə müxtəlif layihələr həyata keçirir. Bu istiqamətdə şirkət “Araz”ın sahilində” təmizlik aksiyasına start verib. Layihə çərçivəsində “Araz” supermarketlər şəbəkəsinin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və İmişli rayon İcra Hakimiyyətinin dəstəyi ilə İmişli rayonunda Araz çayı sahillərində ilk təmizlik aksiyası təşkil edilib.

“Təbiəti qorumaq mənim əlimdədir” şüarı ilə keçirilən aksiyada “Araz” supermarketlər şəbəkəsinin əməkdaşları Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsini tullantılardan təmizləyiblər. Araz çayı sahilindən 220 kq tullantı toplanaraq xüsusi nəqliyyat vasitələri ilə İmişli tullantı paloqonuna daşınıb. Bu layihənin davamlı olması və mütəmadi olaraq müxtəlif rayonlarda Araz çayının tullantılardan təmizlənməsi nəzərdə tutulur.

Qeyd edək ki, ETSN ilə əməkdaşlıq edən və yaxın tərəfdaş olan “Araz” supermarketlər şəbəkəsi bu ilin ilk yarısında nazirliklə bir neçə ekoloji layihə həyata keçirib. Əməkdaşlıq çərçivəsində Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Həmçinin “Araz” əməkdaşlarının iştirakı ilə Xəzər dənizinin Novxanı sahili tullantılardan təmizlənib. Aksiyada 1 tondan artıq tullantı yığılaraq daşınıb.

İlin ilk 6 ayında ”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Araz” filiallarından 250 kq-dan çox batareya tolanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.

Aksiyaların keçirilməsində məqsəd ictimaiyyətin diqqətini təbiətin mühafizəsi, yaşıllıqların bərpası və artırılmasına yönəltmək, insanları ətraf mühitə daha həssas və məsuliyyətli yanaşmağa təşviq etmək, tullantıların azaldılması və düzgün idarə olunmasına nail olmaqdır.  








Chosen
10
6
qafqazinfo.az

7Sources