EN

Azərbaycan öz resurslarına əsaslanaraq güclü və müstəqil iqtisadiyyat yarada bilib -Pərvanə Vəliyeva

Prezident İlham Əliyev cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışı zamanı bildirdi ki, ilin əvvəlindən iqtisadi inkişaf müsbət dinamika ilə davam etmiş, nəticədə iqtisadi artım 4,3 faiz təşkil etmişdir.

Bu fikirləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva “İki sahil”ə açıqlamasında bildirdi. 

Əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması üçün də növbəti il bir sıra yeniliklər olması gözlənilir

Deputat qeyd etdi ki, hərbi potensialın artırılması və işğaldan azad olmuş ərazilərin bərpa, quruculuq işlərinin böyük həcmdə xərc tələb etməsinə baxmayaraq, Azərbaycan əhalisinin sosial rifah halının daha da yaxşılaşdırılması üçün də növbəti il bir sıra yeniliklər olması gözlənilir: "Prezident öz çıxışında gələn il minimum əmək haqqının və pensiyaların artırılması mesajını verdi. 2023-cü ilin yanvar ayında minimum əmək haqqı 15% artırılaraq artırılaraq 345 manat olmuşdu, minimum pensiyanın məbləği isə 16,7 faiz artırılmış, artım 100 minədək pensiyaçını əhatə etmişdi. Növbəti il üçün yeni sosial irəliləyişlər ölkə əhalisinin rifahına xidmət göstərəcək. Dövlət tərəfindən aparılan sosial islahatlar nəticəsində son illərdə əhalinin rifah halı yaxşılaşdırılmış, bu yöndə keyfiyyətli və əlçatan tibbi xidmətlər də vətəndaşlarımız üçün təmin edilmişdir. Belə ki, icbari tibbi sığorta sistemi çərçivəsində 3315 tibbi xidmət xidmətlər zərfinə daxil edilmişdir. Bu xüsusda ən bahalı müayinələr, cərrahi əməliyyatlar belə əhali üçün ödənişsiz və ixtisaslı həkimlər tərəfindən, müasir və infrastrukturlu xəstəxanalarda həyata keçirilmişdir.  Tibbi xidmətlərin keyfiyyətinin ildən-ilə artırılması davam edir. İcbari tibbi sığorta sisteminin tətbiqi hər bir vətəndaş üçün tibbi xidmətlərin alınması prosesini daha çevik, əlçatan və effektiv etməyə imkan yaradır".

Pərvanə Vəliyeva vurğuladı ki, Azərbaycanın iqtisadi inkişaf modeli artıq dünya miqyasında öz təsdiqini tapıb. Biz öz resurslarımıza əsaslanaraq güclü və müstəqil bir iqtisadiyyat yaratmışıq və heç bir xarici asılılığımız yoxdur. İqtisadi müstəqillik bizə beynəlxalq səviyyədə geniş imkanlar verir ki, Azərbaycan müstəqil xarici siyasətini uğurla həyata keçirə bilsin.

Yaqut Ağaşahqızı, “İki sahil”

Chosen
39
1
ikisahil.az

2Sources