EN

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 75 dolları ötüb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,84 ABŞ dolları, yaxud 1,13 % artaraq 75,19 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Chosen
1
31
modern.az

10Sources