EN

Azərbaycanı yeni iqtisadi perspektivlər gözləyir » AzadMedia.az


Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışında qeyd etmişdir ki, “Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü və müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin”.

Statistik göstəricilərə əsasən, iqtisadi artım 4,3 faiz, qeyri-neft sektoru sahəsində isə 7 faiz təşkil etmişdir.

Bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və uzunmüddətli xarakter daşıyan müasir iqtisadi strategiya ölkəmizdə makroiqtisadi sabitliyi və inkişafı təmin edən mühüm bazisdir. Eyni zamanda beynəlxalq iqtisadiyyatda mövcud olan meyllər, qlobal səviyyədə baş verən neqativ hadisələr, mürəkkəb xarici iqtisadi mühit yeni çağırışlar yaradır və onlara adekvat çavab verilməsini tələb edir. Bununla bağlı ölkəmizin əsas hədəfi iqtisadiyyatımızı surətlə şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdən ibarətdir. Qeyd edilən istiqamətdə bütün zəruri addımlar atılır - iqtisadi inkişaf templərinin saxlanılması üçün tədbirlər görülür, xarici sərmayələrin xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir, yeni sənaye parkları yaradılır və sairə. Birmənalı olaraq qeyd edilməlidir ki, iqtisadi inkişafın Azərbaycan modeli ölkəmizə yeni yeni uğurlar qətirəcək. Möhkəm və dayanıqlı iqtisadi müstəqillik əldə edilməsi bizə qələcəyə inamla baxmağımıza zəmin yaradır.
Chosen
46
1
azadmedia.az

2Sources