EN

KOB-ların Rəqəmsallaşması Proqramı fəaliyyətə başlayıb

Azərbaycanda Kiçik və Orta Bizneslərin Rəqəmsallaşması Proqramı fəaliyyətə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, KOB-ların Rəqəmsallaşması Proqramı onların rəqəmsal alətlərdən və qabaqcıl texnologiyalardan faydalanaraq, rəqabət qabiliyyətini artırmaq və bazar imkanlarını genişləndirmək məqsədilə hazırlanıb.

Proqram çərçivəsində kiçik və orta bizneslər üçün maarifləndirici seminar və təlimlərin təşkil olunması, eyni zamanda “CTO-as-a-Service” kimi təşəbbüslər vasitəsilə bacarıqların artırılmasına dəstək göstərilməsi nəzərdə tutulur. Layihə çərçivəsində KOB-ların rəqəmsal yetkinliyi qiymətləndirilərək, ehtiyaclarına uyğun fərdi yol xəritələri hazırlanacaq. Rəqəmsallaşma təşəbbüslərinin qrantlar və digər maliyyə mexanizmləri ilə dəstəklənməsi də nəzərdə tutulur. KOB-ların rəqəmsal inkişafını sürətləndirmək məqsədilə yaradılan “digiMATE” platforması artıq 2024-cü ilin avqust ayından etibarən istifadəyə verilib.

Qeyd edək ki, KOB-ların Rəqəmsallaşması Proqramı dörd mərhələdən ibarətdir: bazar araşdırması, dünya təcrübəsi və yerli KOB-ların təhlili, təchizatçılarla görüşlər və proqrama daxil olan layihələrin icrası. Hazırda proqramın üçüncü mərhələsi icra edilir.

Chosen
21
vergiler.az

1Sources