EN

İqlim dəyişikliyi bizdən təcili tədbirlər tələb edir - Azad Cəfərli

Bakı. Trend:

İqlim dəyişikliyi bizdən təcili tədbirlər tələb edir və hərkəsin həyatına təsir edir.

Trend xəbərverir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəriAzad Cəfərli Bakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku ClimateAction Week) ikinci günündə çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycam iqlim dəyişikliyi ilə bağlı bir sırafəsadlarla üzləşib.

“Kənd təsərrüfatı da zərər görən sahələrdən biridir. Bu sahəbizim sağ qalmağımızı təmin edir. Biz gələcəyə hazır cəmiyyərqurmaq istəyiriksə torpağın sağlamlığını təmin etməliyik. Davamlısu ehtiyyatları qıtlığı yaranır.

Su resurslarının idarə olunması çox vacibdir. Bəzi çətinliklərsu qıtlığı ilə bağlıdır. İqlim dəyişikliyində tempraturun artmasıyağıntıların dinamikasına təsir göstərir. Biz təxminən hər il 12milyon kubmetr sudan istifadə edirik. Necə etməliyik ki, suqıtlığının qarşısını alaq? Bu haqda düşünməliyik”,- deyə obildirib.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlimgündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət,maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyətvə KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir arayatoplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər vəurbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kəndtəsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşılbacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlətqurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlimhəllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm,təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

Məqalədə:
Chosen
25
1
az.trend.az

2Sources