EN

ABŞ-ın Suriyada öldürdüyü yüksək rütbəli müxaliflər

Yazını böyüt
Yazını kiçilt

Suriyada 2011-ci ildən bəri davam edən müharibədə Bəşər Əsəd rejiminə qarşı döyüşən bir çox müxalifət lideri ABŞ-ın hücumlarının hədəfi olub. Hansı ki, Əsədə qarşı savaşan ABŞ əslində müxalifləri dəstəkləməli idi.

Hafta.az-ın hyazdığına görə, müharibə başlayandan bəri yüksək səviyyəli müxaliflərin çoxu Suriyada Amerikanın pilotsuz uçuş aparatlarının hədəfinə çevrilib. Bunlara yüksək səviyyəli hərbi xadimlərlə yanaşı, siyasi və dini liderlər də daxildir. ABŞ hava hücumlarında bir çox orta səviyyəli liderləri və müxalifət döyüşçülərini, eləcə də yüksək səviyyəli şəxsləri hədəf alıb.

ABŞ-ın müxalifət liderlərinə hücumları Suriya arenasını formalaşdırarkən Əsəd rejiminin əlini gücləndirib. Rusiya, İran və Hizbullahın dəstəklədiyi rejim qüvvələri müxalifət liderlərinin hədəfə alınaraq öldürülməsi ilə daha rahat hərəkət etmək imkanı qazanıb.

Cəbhə xəttində qarşıdurmanın ən qızğın dövrlərində ABŞ xüsusilə İdlib, Hələb və ətraf bölgələrdə bir çox müxalifləri birbaşa hədəfə alıb.

ABŞ-ın hücumlarında təkcə aparıcı şəxslər deyil, qrupların qərargahları da vurulub. 2014-cü il noyabrın 5-də ABŞ İdlibdə Əhrar əş-Şam-ın mərkəzində onlarla döyüşçünü hədəfə alaraq məhv edib. 2017-ci il yanvarın 19-da Hələb çölündə Dəməşqin Fəthi Cəbhəsi-nin qərargahı Amerikanın B-52 bombardmançı təyyarəsi tərəfindən vurulub, nəticədə 100-dən çox döyüşçü həlak olub.

ABŞ-ın Suriyada hədəf aldığı müxaliflərdən bəziləri aşağıdakılardır:

Said Arif 

Əsəd rejiminə qarşı müxalif birləşmələrdən “Cund əl-Əqsa” qrupunun hərbi lideri olan Arif 2015-ci ilin mayında ABŞ-ın təşkil etdiyi hava hücumunda həyatını itirib.

Əbu Firas əs-Suri

“Nusra Cəbhəsi”nin aparıcı hərbi komandirlərindən biri və qrupun sözçüsü Əbu Firas 3 aprel 2016-cı ildə ABŞ-ın İdlibdə həyata keçirdiyi pilotsuz təyyarənin hücumu nəticəsində həlak olub.

Əbu Ömər Saraqib

Müxalifətin çətir quruluşu olan Fəth Ordusunun komandirlərindən Əbu Ömər 8 sentyabr 2016-cı ildə Hələb çölündə ABŞ-ın hava hücumu nəticəsində həyatını itirib. ABŞ hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Əhməd Səlamə Məbruk

Misir əsilli bu ad Suriyadakı müxalifətin ən görkəmli liderləri arasında idi. Məbruk 2016-cı il oktyabrın 3-də Cisr əş-Şuqurda Amerikanın hücumu nəticəsində öldürülüb.

Əbül Əfqan əl-Misri

Əbül Əfqan əl-Misri 2016-cı il noyabrın 18-də Suriyada müxalif qruplaşmaların tərkibində fəaliyyətini davam etdirərkən ABŞ-ın İdlib çölündə Sarmada qəsəbəsi yaxınlığında endirdiyi hava hücumunda həyatını itirib.

Əbu Ömər Türkistani

Suriyada rejimə qarşı döyüşən uyğurların aparıcı hərbi komandirlərindən olan Əbu Ömər 2017-ci il yanvarın 1-də ABŞ-ın İdlib çölünə endirdiyi hava hücumunda müxalifət komandirləri Əbu Xəttab əl-Qahtani və Əbu Mutasim əd Deyri ilə birlikdə həyatını itirib.

Əbu Hani əl-Misri

Misir əsilli “Əhrar əş-Şam”ın liderlərindən Əbu Hani 2017-ci il fevralın 4-də ABŞ-ın İdlib çölündə Sarmada təşkil etdiyi hava hücumunda həlak olub.

Əbül Hayr əl-Misri

Əslən Misirdən olan Əbül Hayr Suriyadakı müxalif qrupların mühüm liderlərindən biri idi. Keçmişdə uzun illər İran tərəfindən həbsdə olan Əbu əl-Xeyr 2017-ci il fevralın 26-da İdlib çölündə Məstume yaxınlığında Amerikanın hava hücumu nəticəsində öldürülüb.

Sarı Şihab

Müxalifət liderlərindən biri, Əbu Hallad əl-Mühəndis kimi də tanınan Sari Şihab 22 avqust 2019-cu ildə İdlibdə ABŞ-ın hücumu nəticəsində həyatını itirib.

Xalid əl-Aruri

Suriyadakı müxalif qrupların aparıcı simalarından olan və "Əbul Qəssam" kimi tanınan Aruri 14 iyun 2020-ci ildə İdlib çölündə ABŞ-ın hücumu zamanı həlak olub.

Bu adlar ABŞ-ın İdlibdəki hücumlarında öldürülən müxaliflərin yalnız bir hissəsidir. Əksəriyyəti yüksək səviyyəli şəxslər olmaqla yüzlərlə müxalifət xadimi Amerika hücumlarında həyatını itirdi. Xüsusilə yüksək səviyyəli şəxslərin və müxalif qrupları barışdıran insanların öldürülməsi Əsəd rejiminin bölgədə müxalifət üzərində üstünlük əldə etməsinə yol açdı.

Amerikanın bölgədəki hücumları hələ də davam edir. ABŞ sonuncu dəfə 24 sentyabr 2024-cü ildə Həma çölündə həyata keçirdiyi hücumda yüksək rütbəli şəxslər də daxil olmaqla ən azı 9 müxalifət döyüşçüsü öldürmüşdü.

O da məlumdur ki, ABŞ-ın Suriya və digər münaqişə bölgələrində həyata keçirdiyi pilotsuz təyyarə hücumları təkcə aparıcı fiqurları öldürmək deyil, həm də sahəni öz maraqlarına uyğun formalaşdırmaq məqsədi daşıyır.

Chosen
1
hafta.az

1Sources