EN

Burak Yılmaz istefa verdi - Video

style='margin-bottom:10px;'>

Türkiyənin "Kayserispor" klubunun baş məşqçisi Burak Yılmaz istefa verib.

QOL.az xəbər verir ki, 39 yaşlı məşqçi Superliqanın 7-ci turunun "Beşiktaş"la matçından (0:3) sonra keçirilən mətbuat konfransında qərarını açıqlayıb.

Burak Yılmaz bu ilin yanvar ayında "Kayserispor"un baş məşqçisi təyin olunmuşdu. Onun komandası Superliqada 7 turdan sonra 3 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Türkiyə millisinin sabiq hücumçusu bundan əvvəl "Beşiktaş"da çalışıb.

Chosen
10
2
teleqraf.com

3Sources