EN

“Vəsiyyətini et, İran səni satdı” - Nəsrullaha öldürüləcəyini deyən şəxs kimdir?

"Hizbullah" lideri Həsən Nəsrullahın İsrail tərəfindən öldürüləcəyinin anonsu 4 gün öncə verilib.

Turkustan.az
xəbər verir ki, livanlı şiə din adamı Məhəmməd Əli Əl-Hüseyni Nəsrullahın ölümündən 4 gün öncə - 24 sentyabrda "Əl Arabiyə" telekanalında ona müraciət edib.

“Vəsiyyətini yaz, Nəsrullah. Öldürüləcəksən. İran səni satdı”, - din xadimi belə deyib.

Məhəmməd Əli Əl-Hüseyni əvvəllər "Hizbullah"da Nəsrullaha yaxın şəxslərdən olub. Daha sonra münasibətləri pozulub və o, Səudiyyə Ərəbistanına köçüb. Səudiyyə hakimiyyətinə yaxın mövqeyi ilə seçilir. (publika.az)

Chosen
1
2
turkustan.az

3Sources