EN

İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasını təcili və zəruri hesab edir

 

İtaliyanın baş naziri Giorgia Meloni Yaxın Şərqdə regional səviyyədə gərginliyin azaldılmasının təcili və zəruri olduğunu bəyan edib.Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.Meloni müdafiə və xarici işlər nazirləri ilə daim təmasda olduğunu və Livandakı "dramatik vəziyyəti" yaxından izlədiyini bildirib."İtaliya İsrail və Livan arasındakı sərhədi sabitləşdirmək və köçkünlərin öz evlərinə qayıtması üçün işləməyə davam edəcək. Regional səviyyədə gərginliyin azaldılması təcili və zəruridir və İtaliya bunu etməyə davam edəcək”,-deyə o qeyd edib.Leyla SƏMƏNDƏRMissiya.Az

 

Chosen
17
missiya.az

1Sources