EN

İsrailin aviazərbələri nəticəsində Beyrutda 8 bina dağılıb

İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun cənubundakı “El Mreyc” bölgəsinə hücumu zamanı səkkiz binadan ibarət yaşayış kompleksi dağıdılıb.

TASS-ın məlumatına görə, qırıcılar bir saatdan az müddətdə Livanın paytaxtında səkkiz reyd keçiriblər.

“Ruveys” məhəlləsində və Rafik Həriri Beynəlxalq Hava Limanına gedən magistral yolda yerləşən “Burj əl-Barajna” qaçqın düşərgəsində də güclü partlayış səsləri eşidilib.

İnsan tələfatı ilə bağlı hələ ki, heç bir məlumat verilməyib.

Chosen
15
3
azpost.info

3Sources