EN

Yaponiyada baş nazir Kişida Fumio və onun kabineti istefa verib

Yaponiyada hakim Liberal Demokrat Partiyasının (LDP) lideri seçilən İşiba Şiqerunun baş nazir postunu tutacağı gözlənildiyi halda, baş nazir Kişida Fumio və kabineti istefa ərizəsini təqdim edib.Elchi.az xəbər verir ki, NHK dövlət televiziyasının xəbərinə görə, İşiba vəzifəyə başlamazdan əvvəl 2021-ci ilin oktyabrından bu vəzifədə olan Kişida Fumio və onun hazırkı kabineti kütləvi şəkildə istefa verib.Kişida mətbuat konfransında bildirib ki, Yaponiya 3 illik prezidentlik dövründə “dönüş nöqtəsi” ilə üzləşib.İqtisadi, sosial və diplomatik sahələrdə “birbaşa təxirə salına bilməyən çağırışlarla üzləşdiyimizi” qeyd edən Kişida, səlahiyyət müddəti ərzində “dəyişikliyi gücə çevirmək” səylərində davamlı irəliləyiş əldə etdiklərini bildirib.Şayəstə Hüseynova

Chosen
9
elchi.az

1Sources