EN

İsrail Livana qarşı quru əməliyyatına başlayıb

İsrail
İsrail Livanın cənubunda quru əməliyyatına başlayıb. 1news.az xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada Hizbullah hədəflərinə qarşı məhdud, yerli və nöqtə əməliyyatlarının sərhəd bölgəsində başladığı bildirildi.
Hədəflərin sərhədə yaxın kəndlərdə yerləşdiyi və İsrailin şimalındakı yaşayış məntəqələrinə təhlükə yaratdığı qeyd edilib. İsrail ordusu, quru qüvvələrinə İsrail Hərbi Hava Qüvvələri və artilleriya birliklərinin bölgədəki hərbi hədəflərə yönəldilmiş dəqiq atışlarla dəstək verdiyini açıqladı.

Əməliyyatların siyasi rəhbərliyin təsdiqi ilə həyata keçirildiyi vurğulandı və "Şimal Oxları" əməliyyatının Qəzza və digər bölgələrdəki toqquşmalarla eyni vaxtda vəziyyətə uyğun davam edəcəyi bildirildi.

Chosen
24
1news.az

1Sources