EN

Arvadının evindən çıxan kişini külqabı ilə vuran şəxs məhkəmə zalından həbs edildi

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Alim Babayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  

 

Məhkəmənin hökmü ilə ona 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Alim Babayevin barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə iclas zalından həbs olunub. 

 

İttihama görə, hadisə 11 iyun 2023-cü il tarixdə, saat 23:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, həmin gün Alim Babayev arvadının yaşadığı evə azyaşlı uşaqlarını görmək üçün gedib. Bu zaman evdən əvvəllər tanımadığı zərərçəkmiş Nihad Əsgərov (şərti) çıxıb. Onlar arasında mübahisə yaranıb. Nəticədə Alim masanın üzərində olan külqabını götürüb zərərçəkmiş şəxsin sağ əlinə vuraraq ona xəsarət yetirib.

 

Hadisədən sonra Alim Babayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.  

 

Qeyd edək ki, hadisədən əvvəl təqsirləndirilən şəxsin arvadı ilə münasibətləri normal olmayıb. O, həmin qadınla birgə yaşamırmış. 

 

Kamal Məmmədov

 

Tarix: 1 Oktyabr 2024, 08:58   
Chosen
26
pravda.az

1Sources