EN

Yaponiya hökuməti istefa verib

Fumio Kişidanın başçılıq etdiyi Yaponiya hökuməti tam tərkibdə istefa verib...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi məlumat verib.

Yeni hökuməti növbəti baş nazir, müdafiə departamentinin keçmiş rəhbəri Şiqeru İşiba formalaşdıracaq. Şiqeru İşiba parlamentin növbədənkənar iclasında baş nazir seçiləcək.

İşiba sentyabrın 27-də keçirilən seçkilərdən sonra hakim Liberal Demokrat Partiyasının sədri olub. O, təqdim olunan bütün namizədlər arasında ən populyarı olub.

Müdafiə departamentinə general Nakatani, Xarici İşlər Nazirliyinə isə keçmiş müdafiə naziri Takeşi İvayanın rəhbərlik edəcəyi güman edilir. Nazirlər Kabinetinin keçmiş baş katibi Katsunobu Kato maliyyə naziri, Yoji Muto isə iqtisadiyyat, ticarət və sənaye naziri ola bilər.

Daha əvvəl bildirilmişdi ki, İşiba növbədənkənar ümumi seçkilər keçirmək üçün parlamentin əsas aşağı palatasını oktyabrın sonuna qədər buraxmaq qərarına gəlib.

Poliqon.info

Chosen
23
poliqon.info

1Sources