EN

"Hizbullah" İsrailin bu ərazisini vurdu

İsrail-Livan sərhədindəki ərazilərdən birində hava hücumu xəbərdarlığı elan edilib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sərhəddə yerləşən Ştula kəndi ərazisində sirenlər çalınır.

"Ynet" portalının məlumatına görə , böyük ehtimalla Livan ərazisindən İsrailə doğru üç mərmi atılıb və açıq ərazilərə düşüb.


Müəllif: Arzu
Chosen
41
teleqraf.com

1Sources