EN

Kürdəmirdəki qəzada xəsarət alan şəxslərin kimliyi MÜƏYYƏNLƏŞDİ

Kürdəmirdə baş verən ağır qəzada xəsarət alanların sayı artıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, xəsarət alan 7 nəfərin kimliyi müəyyənləşib.

Bunlar Yevlax sakinləri “Mercedes”in sürücüsü 25 yaşlı İbrahimov Tofiq Maqbet oğlu, 45 yaşlı Məmmədova Elmira Əziz qızı, 19 yaşlı Abdullayeva Təhminə Nadir qızı, 23 yaşlı Məmmədov Teymuraz Muraz oğlu, 65 yaşlı Məmmədova Solmaz İbrahim qızı, 10 yaşlı Məmmədov Zeynal Teymur oğlu və iki aylıq körpə Abdullayeva Solmaz Teymuraz qızıdır.

Qeyd edək ki, Mercedes markalı avtomaşının sürücüsü Tofiq İbrahimov 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır və qazidir.

Bizim Media, Aran bürosu

Chosen
29
bizim.media

1Sources