EN

Ukraynada bu şəhərlərin adı dəyişir

Ukrayna Milli Yaddaş İnstitutu ölkənin növbəti daha beş şəhərinin adının dəyişdirilməsini tövsiyə edib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə müvafiq qərar layihələri Ali Radada qeydə alınıb.

Tövsiyəyə əsasən, Nikolayev vilayətinin Pervomaysk şəhərinin Orlik və ya Boqopol, Yujnoukrainsk şəhərinin isə Qard adlandırılması təklif edilir. Bundan başqa Odessa vilayətinin Yujnoye şəhərinin Port Annental, Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinin isə Matveyev, Pavloqrad rayonunun Matveyevski adlandırılması təklif edilir.

Siyahıda sonuncu şəhər Sinelnikovodur . Onu Rodnopolye, Sinelnikovski rayonunun isə Rodnopolski adlandırmaq istəyirlər.


Müəllif: Arzu
Chosen
26
teleqraf.com

1Sources