EN

“İsrail artilleriyası və tankları Livan ərazisini fəal şəkildə atəşə tutur” – KİV


“İsrail artilleriyası və zirehli texnikası Livanla sərhədə yaxın ərazilərə hücumların coğrafiyasını genişləndirir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Bildirilir ki, İsrail Müdafiə Qüvvələrinin həyata keçirdiyi artilleriya atəşi Livanla sərhəddə yeni ərazilərə yayılır:
“Tanklar sərhədin Livan tərəfindəki hədəfləri də atəşə tutur”.
Bu xəbərlər İsrailin Livanda məhdud quru əməliyyatının mümkün başlaması gözləntiləri fonunda verilir.
İsrail rəsmiləri və ordu nümayəndələri baş verənlərə münasibət bildirməyiblər.
Qeyd edək ki, bundan əvvəl NBC telekanalı mənbəyə istinadən xəbər verib ki, İsrailin Livandakı quru əməliyyatı bu gün başlaya və bir neçə gün davam edə bilər.
Chosen
11
2
yeniavaz.com

8Sources