EN

Coşua 8 milyon qazandı, Füri isə ona görə 150 milyon itirdi

WBC versiyası üzrə ağır çəkidə sabiq dünya çempionu Tayson Füri britaniyalılar Entoni Coşua ilə Daniel Dyubuanın döyüşünə görə 150 milyon avro itirdiyini etiraf edib.

Təbii ki, söhbət IBF versiyası üzrə ağır çəkinin çempion titulu uğrunda keçirilən həmin döyüşə pul qoyuluşundan gedir.

Xatırladaq ki, Coşua 5-ci raundda nokauta düşərək sensasiyalı şəkildə uduzub. İndi onun hesabında 28 qələbə və 4 məğlubiyyət var.

Sentyabrın 22-də Londonda – “Uembli” stadionunda keçirilən döyüşə görə boksçuların nə qədər qazandığı da məlumdu. “GB News” xəbər verir ki, Coşua 8 milyon, Dyubua isə 4,7 milyon dollar qazanıb. Bununla yanaşı, hər iki boksçu pullu yayından da faizini götürəcək. Coşuanın bu şəkildə daha 33,5 milyon, Dyubuanın 13,5 milyon dollar irəli düşəcəyi gözlənilir.
Bu arada məlum olub ki, “Mançester Yunayted” də yeni stadionunda nəhəng böks döyüşləri təşkil etməyi planlaşdırır.

Klub təxminən 2 milyard funta başa gələcək 100 min yerlik stadionun tikintisi üzərində çalışır. “Daily Mail”in yaydığı xəbərə görə, MY bu baxımdan “Uembli” ilə rəqabət aparmaq istəyir. Axı adı çəkilən stadionda keçirilən Coşua – Dyubua döyüşünü 96 min adam izləyib.

MY rəhbərliyi əmindi ki, yeni stadion 110 minə qədər tamaşaçını “qoynuna ala bilər”, bu isə avtomaik arenanın Böyük Britaniyanın boks paytaxtına çevrilməsi deməkdi.

Chosen
17
football-plus.az

1Sources