EN

"Beşiktaş" Kayseridən 3 qol və 3 xalla dönür

Türkiyə Superliqasında VIII tura yekun vurulub.

İdman.biz xəbər verir ki, bağlanış matçında "Beşiktaş" "Kayserispor"un qonağı olub.

Oyunda fasiləyə kimi hesab açılmasa da, ikinci hissədə qonaqlar üstünlüyə yiyələniblər. Bir dəfə Fernandes, iki dəfə İmmobile fərqlənib. Bu qələbə "qara qartallar"ı 3-cü pilləyə yüksəlib. Bir oyun az keçirən "Beşiktaş" lider "Qalatasaray"dan 3 xal geri qalıb.

Türkiyə Superliqası
VIII tur

"Kayserispor" - "Beşiktaş" - 0:3

İdman.biz

Chosen
21
1
idman.biz

3Sources