EN

Tanınmış futbolçuya silahlı hücum edildi:5 nəfər həbs olunub - FOTO

Türkiyə millisinin və “Fənərbağça” klubunun sabiq futbolçusu Serhat Akına silahlı hücum təşkil etməkdə şübhəli bilinən 6 nəfərdən 5-i həbs olunub.

Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, saxlanılan digər şəxs isə şərti azadlığa buraxılıb.

Serhat

Veteran hücumçu ekspert kimi çıxış etdiyi televiziya proqramından sonra yolda tanımadığı şəxslərin hücumuna məruz qalmışdı.

Qeyd edək ki, 2000-2005-ci illərdə “Fənərbağça”nın formasını geyinən Serhat Akın 125 oyunda 41 qol vurub.

Xatırladaq ki, Serhat Akın ekspert kimi çıxış etdiyi proqramdan qayıdarkən sentyabrın 26-da yerli saatla 23.30 radələrində İstanbulun Beykoz rayonunun Kavacık məhəlləsində silahlı hücuma məruz qalıb. O, ayağından yaralanıb.

 

Namiq Musayev

Chosen
21
8
avtosfer.az

9Sources