EN

"Onların bu səviyyəyə düşməsi məni pərişan etdi" - Qari Nevill

"Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevil "qırmızı-şeytanlar"ın son turda "Tottenhem"dən aldıqları məğlubiyyətdən (0:3) sonra komandanı tənqid edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sports" belə çatdırıb:

"Onların bu səviyyəyə düşməsi məni pərişan etdi. Bu, həqiqətən çox pisdir. Bilirəm ki, Devid Moyesin də, Ule-Qunnar Sulşerin baş məşqçi qismində ilk vaxtlar çətinlikləri olub. Lui van Qal, Joze Mourinyunun da həmçinin... Amma görünən budur ki, onların səviyyəsini tam şəkildə itirdiyi gün çatıb".

Nihat

Chosen
7
fanat.az

1Sources