EN

Stoltenberq Trampla bağlı Aİ-yə müraciət etdi

NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq Avropa İttifaqı ölkələrini Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa inandırmağa çağırıb ki, o, seçilərsə, Vaşinqton Kiyevə dəstəyini dayandırmasın.
 

Sfera.az xəbər verir ki, bu barədə alyansın baş katibi Politico-ya müsahibəsində danışıb .
 

“Stoltenberq skeptik Avropa hökumətlərini Trampı noyabrda keçiriləcək seçkidə qalib gələcəyi təqdirdə ABŞ-nin Ukraynaya dəstəyini davam etdirməyə inandırmaq üçün “mümkün olan hər şeyi etməyə” çağırıb ”, - nəşr yazıb.
 

NATO-nun baş katibi həmçinin NATO-nun üzv dövlətlərin ÜDM-in 2%-ni müdafiəyə xərcləməsi hədəfindən də narazılığını bildirib. Onun sözlərinə görə, bu məbləğ kifayət deyil, lakin Stoltenberq konkret rəqəmin adını çəkməkdən imtina edib.
 

Stoltenberq həmçinin bildirib ki, Rusiyanın nüvə münaqişəsi riskinin artması ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, NATO ölkələri Ukraynaya əlavə hərbi yardımın göstərilməsini məhdudlaşdırmamalıdır.
 

İnci

Chosen
28
sfera.az

1Sources