Fransa İsrailin zərbələrinə görə Livan ordusuna dəstəyi artıracaq.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin yeni rəhbəri Jan-Noel Barrot Beyrutda keçirdiyi mətbuat konfransında deyib.
"Biz Livanın daxili təhlükəsizliyinin və birliyinin qarantı olan orduya dəstəyimizi gücləndirəcəyik" - Barrot deyib.
Ancaq fransız diplomat Parisdən gələn yardımın təfərrüatlarını açıqlamayıb.
Müəllif: Arzu