EN

"Bu, "Barselona" üçün çox yaxşı xəbərdir" - Hans-Diter Flik

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın zədələndiyi üçün uzun müddət yaşıl meydanlardan kənarda qalan yarımmüdafiəçisi Frenki de Yonqun son vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" alman mütəxəssisin sözlərini belə çatdırıb:

"Frenki zədəsini sağaldıb və sıraya dönmək üzrədir. Bu, "Barselona" üçün çox yaxşı xəbərdir. De Yonq qayıtdığı üçün şad olacaq. Şansı olsa, qarşıdakı matçda (Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Yanq Boyz"a qarşı keçirəcəkləri oyunu nəzərdə tutur - red.) oynayacaq. Amma neçə dəqiqə meydanda olacağını deyə bilmərəm. 10-15 dəqiqə, bəlkə də çox".

Xatırladaq ki, de Yonq bu ilin aprelində topuğundan ciddi xəsarət alıb.

Nihat

Chosen
27
fanat.az

1Sources