EN

YAP Xətai və Nərimanov rayon təşkilatlarının sədrləri vəzifələrindən azad olunublar

Bakı. Trend:

Sentyabrın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarəHeyətinin növbəti iclası keçirilib.

Trend xəbər verir ki, iclasıaçıq elan edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəriTahir Budaqov cari ilin sentyabrın 1-də Azərbaycan RespublikasınınMilli Məclisinə keçirilmiş növbədənkənar seçkilərdə deputat mandatıqazanmış partiya üzvlərini təbrik edərək, onlara fəaliyyətlərindəuğurlar arzulayıb.

O vurğulayıb ki, parlament seçkiləri müstəqillik tariximizdə ilkdəfə olaraq suveren Azərbaycanın bütün ərazilərində keçirilib:

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyiilə qazanılan tarixi nailiyyətlər və şanlı zəfərlərdən sonra buseçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan YeniAzərbaycan Partiyası parlamentdə 68 mandat əldə edərək növbəti dəfəinamlı qələbə qazandı. Seçkilərin nəticələri xalqın Ulu ÖndərHeydər Əliyevin siyasi mirası olan və Prezident İlham Əliyevinrəhbərliyi ilə şərəfli inkişaf yolu keçən Yeni AzərbaycanPartiyasına sarsılmaz inam və etimadının, birmənalı dəstəyininnövbəti təsdiqi oldu”.

YAP Sədrinin müavini bildirib ki, sentyabrın 23-də AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev yeddinci çağırış MilliMəclisin ilk iclasında konseptual və proqram xarakterli çıxışızamanı qazanılan uğurlarla yanaşı, qarşıda dayanan mühüm vəzifələrədə toxundu: “Xüsusilə, cənab İlham Əliyevin ideolojitəhlükəsizliyin təmin edilməsi ilə bağlı fikir və tövsiyələri YeniAzərbaycan Partiyasının üzvləri olaraq daha məsuliyyətləçalışmağımızı zəruri edir. Heç şübhəsiz, milli-strateji hədəflərdənirəli gələn bu vəzifələrin yerinə yetirilməsi yeni mərhələdəAzərbaycanın qüdrətinin daha da artmasını şərtləndirəcək. İnanırıqki, indiyə qədər olduğu kimi, bundan sonra da xalqımızın iradəsi,Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevinməqsədyönlü və uzaqgörən siyasəti sayəsində ölkəmizə qarşı məkrliplanların və təhdidlərin qarşısı qətiyyətlə alınacaq, Azərbaycanmühüm uğurlara imza ataraq bütün strateji hədəflərini inamlareallaşdıracaqdır”.

Daha sonra iclasın gündəliyində duran məsələlərə baxılıb.İclasda ilk olaraq Vüqar Gəncəli oğlu Rəhimzadənin YAP Xətai rayontəşkilatının, Samir Əhməd oğlu Vəliyevin isə YAP Nərimanov rayontəşkilatının sədri vəzifəsindən azad olunması məsələsinə baxılıb.YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovbildirib ki, bu məsələ partiyanın VII Qurultayında qəbul olunmuşNizamnamənin tələblərindən irəli gəlir. Hər iki şəxs Milli Məclisindeputatı seçildiyi üçün rayon təşkilatının sədri vəzifəsindən azadolunmalıdırlar. Onların partiya işində xidmətlərini yüksəkdəyərləndirən Tahir Budaqov hər iki şəxsə gələcək fəaliyyətlərindəuğurlar arzulayıb.

Daha sonra Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaricedilmək üçün YAP yerli təşkilatlarının təqdimatlarına baxılıb.Məsələ haqqında YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın İdarəHeyətinin üzvləri - Azər Badamov, Mübariz Qurbanlı, Eldarİbrahimov, Musa Quliyev, Bahar Muradova, Hikmət Məmmədov, BayramAslanov və Arif Rəhimzadə çıxış etdikdən sonra müvafiq qərar qəbulolunub.

Sonra iclasda YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlətİqtisad Universitetinin rektoru Ədalət Muradov “Yeni AzərbaycanPartiyasının Mərkəzi Aparatı və yerli təşkilat Aparatlarıtərəfindən mühasibat uçotunun aparılması, maliyyə hesabatlarınınhazırlanması və təqdim edilməsi üçün qəbul edilən konkretprinsiplər, əsaslar, qaydalar və metodların məcmusunu əks etdirən,eləcə də maliyyə-təsərrüfat əməliyyatları üzrə bir sıranormativləri müəyyən edən uçot siyasəti”ndə dəyişiklik edilməsiməsələsinə dair təqdimatla çıxış edib, İdarə Heyətinin üzvlərinimaraqlandıran sualları cavablandırıb.

Məsələ ətrafında müzakirələrdən sonra sözügedən sənədədəyişikliklər təsdiq edilib.

İclasın sonunda cari məsələlər müzakirə edilib. Ölkəmizinnövbəti mühüm siyasi proseslər ərəfəsində olduğunu deyən YAPSədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qarşıdanbələdiyyə seçkilərinin gəldiyini və partiyamızın bu seçkilərə dəyüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb.

Chosen
15
37
az.trend.az

10Sources