EN

Kolumbiyada helikopter qəzası - Ölənlər var

Bakı. Trend:

Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus helikopter bazar günüölkənin şərqindəki Viçada departamentində qəzaya uğrayıb.

Trend xarici KİV-ə istinadənxəbər verir ki, bunu Kolumbiya Prezident Qustavo Petrobildirib.

Onun sözlərinə görə, helikopterin qəzaya uğraması nəticəsində 8nəfər həlak olub. Prezident qəza qurbanlarının ailələrinəbaşsağlığı verib.

Bundan əvvəl Kolumbiya Hərbi Hava Qüvvələri “Huey II”helikopterinin tibbi missiyanı yerinə yetirərkən əlaqəni itirdiyinibildirmişdi. Qəzadan dərhal sonra axtarış-xilasetmə işlərinəbaşlanılıb.

Yerli media ölənlər arasında bir neçə zabit və texnikin olduğubarədə məlumat yayıb. İlkin araşdırmalara əsasən, qəzaya pis havaşəraiti səbəb olub.

Chosen
35
az.trend.az

1Sources