EN

"Qara Qartallar" Kayseridə Hədəf 3 xal

"Qara Qartallar" Kayseridə- Hədəf 3 xal

Superliqanın 7-ci həftəsində "Beşiktaş JK" "Kayserispor" ilə qarşılaşacaq. "RHG Enertürk Enerji" stadionundakı qarşılaşma saat 21:00-da start götürəcək.

 Liqanın son beş oyununda məğlubiyyətsizlik seriyasını davam etdirən "Qara Qartallar", Kayseri oyunundan üç xalla dönmək niyyətindədir. 3 bərabərlik, 2 məğlubiyyət ilə "Kayserispor" üçün bu matçın çətin keçəcəyi gözlənilir. 
 Hər iki komanda üçün kritik önəm daşıyan bu matçda qalib gələn tərəf liqada mövqeyini gücləndirəcək.

Qeyd edək ki, ev sahibi komanda 3 xalla 17-ci sırada, qonaq komanda isə 13 xalla 4-cü sırada qərarlaşıb.

Türkanə Muradlı

Sitat.info

Chosen
9
1
sitat.info

2Sources