EN

"Bitcoin"lə bağlı proqnoz: Qiyməti rekord vuracaq

"Bitcoin"in növbəti 18 ay ərzində 200.000 dollardan bir qədər aşağı qiymətə olacağı və bununla da zirvəyə çatacağını gözlənilir.

Valyuta.az xəbər verir ki, bu roqnozla IT həlləri istehsalçısı "CleanSpark" baş direktoru Zax Bradford "Bernstein" analitikləri ilə müsahibədə çıxış edib.

"Mövcud təhlilimə əsasən, mən "Bitcoin"in növbəti 18 ayda 200 min dollardan bir qədər aşağı zirvəyə çata biləcəyinə inanıram. Bu, çox güman ki, zirvə olacaq, amma düşünürəm ki, biz kəskin yüksəliş görəcəyik və daha sonra ümid edirəm başqa bir aşağı dövrü vurmazdan əvvəl uzun bir böyümə dövrü izləyəcəyik", deyə Bradford bildirib.

O, əlavə edib ki, "Bitcoin" yarılanmasından sonrakı dövrlər kapitalın hərəkəti və seçki dövrlərindən təsirlənən müsbət qiymət korreksiyalarına meyllidir.

"Düşünürəm ki, biz ABŞ seçkilərindən sonra "Bitcoin" qiymətlərində əhəmiyyətli artım görməyə başlayacağıq - noyabrdan yanvara qədər, bu, optimallaşdırılmış xərc strukturu ilə səmərəli madenciler üçün marjanın əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olacaq", deyə CleanSpark baş direktoru bildirib.

Paşa Məmmədli

Chosen
23
valyuta.az

1Sources