EN

Agentliklə “Azərsilah” arasında Memorandum

BAYRAQDAR MEİDA – Sentyabrın 27-də Elm və Təhsil Nazirliyi (ETN) yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və ““Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC arasında əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığının dəstəklənməsi məqsədi ilə Anlaşma Memorandumu imzalanıb.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Agentlikdən daxil olub.Xəbərdə bildirilir ki, “Memorandum çərçivəsində torna və frezer dəzgahların operatoru, çilingər, mexanik, elektrik ixtisasları da daxil olmaqla 20-dək ixtisas üzrə qarşılıqlı kadr hazırlığı, onların bilik və bacarıqlarının artırılması, eləcə də müasir tədris plan və proqramlarının birgə hazırlanması məqsədi ilə əməkdaşlıq nəzərdə tutulur. Bundan əlavə, “Azərsilah” QSC-nin peşəkar mütəxəssislərinin peşə təhsili müəssisələrində tədris prosesinə cəlb olunması planlaşdırılır”.Sonra xəbərdə deyilir ki, “görüş zamanı tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və gələcək addımların müəyyənləşdirilməsi müzakirə olunub. Agentliyin direktoru Ceyhun Kərəmov peşə təhsili sahəsində işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bu istiqamətdə həyata keçirilən tədbirlərin peşə təhsilinin inkişafına töhfə verdiyini qeyd edib. “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin baş direktoru Emil İbrahimov təhsilalanların holdinqin bazasında istehsalat təlimi və təcrübəsinin keçmələrinə şərait yaradılması, seçilmiş tələbələrə təqaüdün verilməsi və iş imkanlarının təklif edilməsi, həmçinin, digər istiqamətlər üzrə dəstək göstərəcəklərini bildirib”.Bildirək ki, yeni tədris ilindən etibarən qarşılıqlı razılaşdırılmış fəaliyyət planına əsasən daha intensiv fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Chosen
21
5
bayraqdar.info

7Sources