EN

HMD Global şirkəti subflaqman smartfonunu təqdim etməyə hazırlaşır

     HMD Global şirkəti öz brendi altında subflaqman texniki imkanlara sahib yeni smartfonunu təqdim etməyə hazırlaşır. İnsayderlərin vermiş olduqları məlumata əsaəsn şirkətin subflaqman smartfonu Moon Knight kod adına sahibdir. Məlumatda qeyd edilib ki, smartfon alüminium materialdan hazırlanmış çərçivəyə sahib gövdəni əldə edəcək və özündə stereo səsgücləndiriciləri birləşdirəcək. Üstəlik HMD Global-ın bu yeni smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli pOLED ekranla təchiz olunacaq və Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Smartfon barəsində təəssüflər olsun ki, digər bir məlumat hələ yoxdur. İnsayderlər HMD Global-ın subflaqman smartfonunun render fotolarını yaxın zamanda təqdim edəcəklərinə söz veriblər.

Chosen
12
technote.az

1Sources