EN

Samsung Galaxy A16 smartfonunun 3 gövdə rəngində fotosu ortaya çıxıb

     Samsung şirkəti Galaxy A16 adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə internetdə sözügedən smartfonun yeni fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda smartfon 3 gövdə rəngində əks olunub. Black, Light Green və Gray. Fotodan da görmək olar ki, Galaxy A16 smartfonu yastı gövdə və yastı ekran dizaynını əldə edəcək. Onun ekranı üzərində isə damcı formalı çıxıntı yerləşəcək. Smartfonun arxa panelində 3 ədəd kamera mövcud olacaq. Son məlumat sızıntılarına əsasən Galaxy A16 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü Super AMOLED ekranla təchiz olunacaq və satışa çıxacağı regiondan asılı olaraq ya Exynos 1330 prosessorunu ya da MediaTek Dimensity 6300 prosessorunu əldə edəcək. Bununla yanaşı Galaxy A16-nın 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.

Chosen
22
technote.az

1Sources