EN

31 yaşlı qadının öldüyü xəstəxananın sahibkarı: "Dinimizə uyğun deyil"

Gəncədə mədəkiçiltmə əməliyyatından sonra ölən şəxsin "VMR Estetik" Gəncə klinikasında əməliyyat olması ilə bağlı Oxu.Az-ın redaksiyasına məlumat daxil olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sentyabrın 21-də mədəkiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan Gəncə şəhər sakini - 1993-cü il təvəllüdlü Gülbəniz Bayramova sentyabrın 28-i ölüb.

Məsələ ilə bağlı mövqe öyrənmək üçün "VMR Estetik" Gəncə klinikasının sahibkarı Vüsal Həsənov ilə əlaqə saxlanılıb:

"Rəhmətə gedən bir xanımın arxasınca bu qədər danışılması milli mentalitetimizə və dinimizə uyğun deyil. Səslənən iddialar yanlışdır. Bizdə əməliyyat deyil, estetik prosedurlar icra edilir. Klinikamızda xanıma hər hansı bir əməliyyat və ya estetik prosedur həyata keçirilməyib. Xanım tamamilə başqa bir səbəbdən rəhmətə gedib. Mən özüm bu dəqiqə dəfn yerindəyəm, ölü sahibləri ilə bir yerdəyəm. Adımızdan belə məlumat yayıldığı üçün məsələni araşdırmaq məqsədilə gəldim. Xanımın vəfat səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
16
milli.az

1Sources