Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O bildirib ki, təkcə tam orta təhsil müəssisələri deyil, o cümlədən orta ixtisas təhsil müəssisələrində bir çox ixtisaslar, həmçinin ali təhsil müəssisələrində bir çox ixtisaslarda məntiq fənni tədris olunmur:
“Amma buna baxmayaraq, yenə məntiqdən şagirdlərin bilik və bacarıqları yoxlanılıb, qiymətləndirilir. Valideynlərin isə bu mövzuda narazılıqları anlaşılandır.
Biz tam orta təhsil müəssisələrində yalnız riyaziyyat müvafiq olaraq fənnindən bilik və bacarıqları yoxlayırıq. Əsasən imtahan suallarında təyin olunanda bildirirlər ki, riyazi məntiqdir. Düşünürəm ki, əgər biz məntiqini tədris etmiriksə, ən azından riyazi məntiqə əsaslanan suallar təyin etmək olar, digərlərini isə yox. O ki qaldı, məntiq fənnin tədris məsələsinə, məntiq fəndi tədris olunmalıdır. Şagirdlərin məntiq fənni ilə bağlı bilikləri həm onların dünyagörüşünə, həm də daha çevik, istənilən situasiyada qərar vermələrinə gətirib çıxaracaq Amma hazırkı vəziyyətdə də bilirsiniz ki, tədris proqramında məntiq fənni yoxdur”.
Mehriban Mirzəzadə
Demokrat.az