EN

4SİM: 2030-cu ilədək ölkədə 650-dək şirkətin rəqəmsallaşması nəzərdə tutulub

4SİM:

Bakı, 30 sentyabr, AZƏRTAC

Rəqəmsallaşma KOB-ların fəaliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəldəcək və rəqabət qabiliyyətini artıracaq.

AZƏRTAC xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimində deyib.

“Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, dünyada fəaliyyətə başlamış 71 faiz şirkət rəqəmsallaşma olmadan birinci ildə uğursuzluğa düçar olub. Bu, bir daha ölkəmizdə KOB-ların rəqəmsallaşmasının vacibliyini sübut edir. Azərbaycanda 18 dövlət qurumunun əməkdaşlığı ilə “Rəqəmsal iqtisadiyyatın inkişafı strategiyası” hazırlanıb. Bu strategiyaya əsasən 2030-cu ilədək ölkədə 650-dək şirkətin rəqəmsallaşması nəzərdə tutulub”, - deyə F.Cəfərov bildirib.

 

Chosen
10
14
azertag.az

10Sources