EN

Həyətlərə ilanların “hücum” səbəbi bilindi – Alimdən vacib açıqlama

  Son günlər şəhər və regionlarda ilanların artması insanlarda narahatlıq yaradır. Maraqlıdır ki, təhlükə anında ilanı necə zərərsizləşdirmək lazım olduğunu sakinlər bilmir. Bəs, təhlükə aradan necə qaldırıla bilər?

İlan görəndə onu mütləq məhv etmək lazımdır, yoxsa mütəxəssislərin köməyi ilə başqa yerə köçürmək mümkündür?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan AMEA Zoologiya İnstitutunun Quru onurğalılar laboratoriyasının aparıcı elmi işçisi, dosent Təvəkkül İsgəndərov deyib ki, ilanları zərərsizləşdirən dövlət qurumu yoxdur.

Onun sözlərinə görə, bu işlə məşğul olan şəxslər var:



Təvəkkül İsgəndərov

 “Məsələn, ilantutan mütəxəssislər var. Onlar da pullu xidmət göstərirlər. Özlərinin xüsusi dərmanları, alətləri mövcudur. Gedirlər, əraziyə baxış keçirirlər. İlan varsa, tuturlar və lazımi tədbirlər görürlər. Bunun üçün xüsusi dövlət qurumu yoxdur”.

T.İsgəndərov deyib ki, ilanların həyətlərdə çoxluğunun səbəbi orada gizlənməli yerlərin olmasıdır:

“Həmin yerlərə insanlar girib-çıxmır, orada siçan, siçovul, quş və balası, eləcə də digər yem növləri olduğu üçün ilanlar gəlir. Səssiz olan həyətlərdə ilanlar özləri üçün gizlənmə yerləri tapırlar. Heyvanlar soyuğun, şaxtanın olmayacağı yerlər axtarırlar. Hansısa qoxu ilə ilanlar oradan müvəqqəti uzaqlaşdırmaq olar. Məsələn, sarımsaq, kükürd, digər kəskin qoxulu nə varsa ondan istifadə etmək mümkündür. Sadəcə, qoxu da əbədi deyil. Ən yaxşı yol odur ki, orada ilanları cəlb edən şərait olmasın”  

Chosen
8
referans.az

1Sources