EN

''Valensiya''nın 15 ildi, tikilməyən stadionunda inşaat işləri yenidən başladı

İspaniyanın köklü klublarından olan ''Valensiya''nın 15 ildən çoxdu, inşası tamamlanmayan bir stadionunun olduğunu bilirdizmi?

Həmin stadionun inşasının ilk öncə 2010-cu ildə bitirilməsi planlaşdırılırdı. Ancaq maddi və digər problemlər üzündən stadionun inşası başladıqdan bir müddət sonra dayandırıldı. Nəhayət, uzun illərdən sonra ''Valensiya''nın indiki rəhbərliyi məsələni belə desək, ölü nöqtədən tərpətmək qərarına gəlib. Hələ 2022-ci ildə ''Valensiya''nın şəriklərindən biri olan Mark Fenvik bu məsələni gündəmə gətirmişdi. O, ciddi maddi problemlər yaşadıqlarını, amma xərcləri azaldacaqları təqdirdə stadionun inşasının bərpasına start verə biləcəklərini qeyd etmişdi. Nəhayət, bu günlərdə həmin ərazidə yenidən hərəkətlilik yaşanmağa başlayıb. İspaniya mətbuatının yazdığına görə, rəhbərliyk stadionu gələn il hazır vəziyyətə gətirməyi planlaşdırır. Bu arena DÇ-2030-un bəzi matçlarını qəbul edə bilər. Klub prezidenti Çan Lay Hun ''yeni stadionun inşasına ya indi başlayacağıq, ya da heç vaxt başlamayacağıq'' açıqlamasını verib. İlkin mərhələdə 66 min azarkeş qəbul edəcək stadionun daha sonra tutumu 70 minə çatdırılacaq.

ƏLİ

Chosen
27
football-plus.az

1Sources