EN

Toy karvanında “şou” göstərərkənqəza törədən sürücü saxlanıldı - Bir neçə maddə ilə.. - VİDEO

Mingəçevir şəhərində qayda pozan sürücünün törətdiyi qəza anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün öncə səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan 57-CA-278 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobilin sürücüsü toy karvanında təhlükəli manevrlər edib. Belə ki, o, əl əyləcindən istifadə edərək avtomobili əks istiqamətə fırladıb. Bu zaman sürücü idarəetməni itirərək səbəb olub. Xoşbəxtlikdən arxadan gələn nəqliyyat vasitələri qəzadan yayına biliblər. Digər kadrda isə, sürücü avtomobilin yol-nəqliyyat hadisəsindən sonrakı halını paylaşıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sürücü yol polisi əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsiylə protokol tərtib edilib.

Nərmin

Chosen
8
avtosfer.az

1Sources