EN

Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Səid Rüstəmov yad edilib (FOTO)

Bakı. Trend:

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycanbəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti SəidRüstəmovun əsərlərindən ibarət konsert proqramı baş tutub.

Trend xəbər verir ki, gecədəXəyal Qəhrəmanovun bədii rəhbərliyi və baş dirijorluğu, Xalq ÇalğıAlətlərinin müşayiəti ilə Xalq artisti Sevinc İbrahimova, Əməkdarmədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artistlər TuralAbdullayev, Mahir Məmmədov, solistlər Azər Verdiyev, FuadRamazanov, Samirə Hacıyeva, Zəminə Mustafayeva, Xəyal Əliyev,Rüstəm Cəfərov bəstəkarın "Durna” operettasından Lalənin mahnısını,"Hardasan", "Getmə", "Həkim qız", "Haralısan", "Şeir deyilmi","İntizar", "Qurban adına", "Alagöz", "Bilmədim", "Gəlmədin", "Oxugözəl" əsərlərini ifa ediblər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az,Azernews.Az

Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Chosen
10
6
az.trend.az

7Sources