“İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı açıqlamasında bildirib ki, Fransa bir müddətdir ki,Azərbaycana qarşı açıq düşmənçilik mövqeyindədir. Onun sözlərinə görə, Azərbaycanın 44 günlük vətən müharibəsində başlayan Fransanın düşmənçilik mövqeyi müharibədən sonra daha da kəskinləşib. Yəni bu gün Fransanın Ermənistandan artıq ermənilik etməyə davam edir.
Fərid Şahbazlı qeyd edib ki, dünyada beynəlxalq münasibətlər sistemində öz gücünü və nüfuzunu itirən, Avropanın siyasi palitrasında rolu hər ötən gün azalan Makron Fransası, indi Cənubi Qafqazda prosesləri qarışdırmaq və Ermənistanı dəstəkləmək yolu ilə öz siyasi mövcudluğunu göstərməyə çalışır.
Şərhçinin sözlərinə görə, Azərbaycanın müstəqil xarici siyasəti, Azərbaycanın yalnız öz milli maraqlarına xidmət edən siyasi xətti şübhəsiz ki, Fransa kimi müstəmləkəçi ölkələri ciddi şəkildə narahat edir: “Beynəlxalq münasibətlər sistemində rolunu itirən Fransa, öz məntiqi ilə Cənubi Qafqazda nisbətən ərazicə kiçik dövlətlər üzərindən öz varlığını nümayiş etdirmək niyyətindədir”.
Ekspertin fikrincə, Azərbaycanın öz gücü hesabına torpaqlarını işğaldan azad etməsi, Fransa daxil olmaqla, bir sıra güclərin illərdir edə bilmədiyini və etmək istəmədiyini məhz özünün reallaşdırması Makronu ciddi narahat edir.
4Sources
-
xalq.azFərid Şahbazlı: “Makron Ermənistanı dəstəkləmək yolu ilə Cənubi Qafqazda öz siyasi mövcudluğunu təmin etməyə çalışır” ( 11531254)
-
bizim.mediaFərid Şahbazlı: “Makron Ermənistanı dəstəkləmək yolu ilə Cənubi Qafqazda öz siyasi mövcudluğunu təmin etməyə çalışır” ( 11530303)
-
demokrat.azFərid Şahbazlı: “Makron Ermənistanı dəstəkləmək yolu ilə Cənubi Qafqazda öz siyasi mövcudluğunu təmin etməyə çalışır” ( 11530063)
-
editor.azFərid Şahbazlı: “Makron Ermənistanı dəstəkləmək yolu ilə Cənubi Qafqazda öz siyasi mövcudluğunu təmin etməyə çalışır” ( 11525983)