Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard Avropa Parlamentindəki çıxışında inflyasiyanın nəzarət altına alınacağına daha optimist olduqlarını bildirib.

İndex.az xəbər verir ki, son 2 ayda inflyasiyanın sürətləndiyini və bunun sentyabr ayında da davam edəcəyini gözlədiklərini ifadə edən Laqard, inflyasiya ilə mübarizədə çox yol qət etdiklərini qeyd edib.

“Məlumatlara görə, inflyasiya ilin son rübündə müvəqqəti olaraq yüksələ bilər. Bununla belə, son hadisələr inflyasiyanın zamanla hədəfə qayıdacağına inamımızı artırır”.