EN

Almaniya prezidenti Ermənistana nümunə göstərdi- Xocalıya görə üzr istənilməlidir...

Image

Abutalıb Səmədov: "Fransadan nümunə götürən Ermənistan, nəinki törətdiyi cinayətlərə görə üzr istəmir, hətta əksinə, baş verməyən "soyqırımlar" uydurur və qonşu dövlətləri təqsirləndirməyə çalışır"

Dünya tarixində aparteid rejimlərin törətdiyi qətliamlara görə onların müasir varisləri olan dövlətlər zərərçəkmiş xalqlardan və ya dövlətlərdən üzr istəyir. Məsələn, Hollandiya Haiti Respublikasından üzr istədi, Almaniya Tanzaniyadan XIX əsrin sonlarında su üstundə müharibədə törətdiyi qətliamlara, qara dərili yerli sakinləri qula çevirdiklərinə görə üzr istədi, Almaniya törətdiyi genosidə görə yəhudilərdən üzr istədi.

İndi isə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer 1944-cü ildə nasistlərin İtaliyanın Marzabotto qəsəbəsində törətdiyi və 770 nəfərin həyatına son qoyan qətliama görə üzr istəyib.

Ştaynmayer italiyalı həmkarı Sercio Mattarellanın ardınca İtaliyaya səfər edərək Bolonya şəhərinə gəlib və Marzabotto qətliamının 80-ci ildönümü ilə bağlı keçirilən tədbirdə iştirak edib. Hər iki prezident Monte Sole ərazisində qətlə yetirilənlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.

Maraqlıdir, bəs Ermənistan nədən Xocalıda, Malıbəylidə, Ağdabanda və s. kəndlərimizdə törətdiyi qətliamlara, mart qırğınlarına və onlarla törətdiyi genosid faktlarına görə Azərbaycan xalqından üzr istəmir? Nə əcəb Almaniya öz müttəfiqinə bu addımlarından örnək götürməyi tövsiyə etmir?

Məsələyə münasibət bildirən politoloq Abutalıb Səmədov bildirdi ki, törətdiyi cinayətlərə görə üzr istəmək dövlətlərin səviyyəsinin, humanizminin və dürüstlüyünün göstəricisidir: "Bu cür addımlar atan kifayət qədər dövlətlər olub - özlərindən əvvəlki hakimiyyətlərin hərəkətlərı üzündən zülmə, haqsızlığa məruz qalmış xalqlardan və dövlətlərdən üzr istəyiblər, təzminat ödəməyə razılıq veriblər və ödəyiblər. Belə nümunələri Almaniya, Hollandiya və digər ölkələr göstəriblər. Ermənistanda da bunu yaxşı bilirlər. Yəqin ki, ikitərəfli görüşlərdə törətdikləri cinayətin qurbanı olan xalqdan və dövlətdən Ermənistanın da üzr istəməsi zərurəti anladılıb. Ancaq onlar, nədənsə, Almaniya və Hollandiya kimi davranmaq istəmirlər, onlar daha çox Fransadan nümunə götürürlər. Fransa da etdiyi cinayətlərə gorə üzr istəmək yolunu tutmayıb, heç bu fikirdə olana da oxşamır. Fransadan nümunə götürən Ermənistan, nəinki törətdiyi cinayətlərə görə üzr istəmir, hətta əksinə, baş verməyən "soyqırımlar" uydurur və qonşu dövlətləri təqsirləndirməyə çalışır. Yüz ildən artıqdır ki, Türkiyə bu "soyqırım" ittahamları altındadır. Türkiyə təklif edir ki, gəlin arxivləri açaq və həmin hadisələri araşdıraq. Amma ermənilər bundan imtina edir. Lakin ittihamlar da dayanmır. Hər il aprel ayında bütün dünyanı ayağa qaldıraraq, 1915-ci il "erməni soyqırımı"ndan danışırlar. Eyni davranışı bizə qarşı da göstərirlər. Son yüz ildə Azərbaycan xalqına qarşi törətdikləri soyqırımlardan nəticə çıxarıb üzr istəmək əvəzinə, azərbaycanlıları Gəncədə, Sumqayıtda və Bakıda ermənilərə qarşı "soyqırımı" törətməkdə ittiham edirlər.

İndi də yeni bir nağıl uydurmağa başlayıblar. Guya 19-20 sentyabr və ondan sonrakı günlərdə azərbaycanlılar ermənilərə qarşı "etnik təmizləmə" və "soyqırımı" cinayəti törədiblər. Təqaüdə çıxmış, işi-gücü olmayan Okamn adlı bir prokuror da tapıblar, digər tərəfdən bir "Soyqırımı institutu" da tapıb bu prosesə qoşublar və Azərbaycanı günahlandırmaqda davam edirlər. Baxmayaraq ki, 19-20 sentyabr hadisələrindən dərhal sonra Ermənistanın baş naziri özü etiraf etmişdi ki, Qarabağdakı dinc ermənilərə qarşı heç bir zorakılıq olmayıb. Ermənilər Qarabağı tərk edərkən özləri də bu məsələni xüsusi vurğulayırdılar. Amma anlayırdılar ki, ermənilərin azərbaycanlılara qarşi törətdiyi cinayətlər onların Qarabağda yaşamaqlarını çətinləşdırəcək, bəlkə də mümkünsüz edəcək. Ona görə də əşyalarını yığaraq Ermənistana getməyə üstünlük verdilər. Bir qədər keçəndən sonra isə "etnik təmizləmə" və "soyqırım" ittahamları gəlməyə başladı. Görünür, bu cur yalan ittahamlarla azərbaycanlılara qarşı etdikləri cinayətləri unutdurmağa çalışırlar. Lakin faktlər ortadadir. O vaxt Ermənistan və Qarabağa rəhbərlik edənlərin azərbaycanlılara qarşı törətdikləri "qəhrəmanlıq hekayələri" ortadadır. Bundan imtina etmək mümkün olmyacaq. Gec-tez bu adamlar törətdikləri cinayətlərə görə cavab verməli olacaqlar. Lakin nə qədər ki, onlara qarşı ədalət məhkəməsi qurulmayıb, onlar öz şakərlərindən imtina etmyəcəklər və Azərbaycanı günahlandırmaqda davam edəcəklər. Bunun qarşılığında biz olmuş hadisələri dünyanın diqqətinə çatdırmaq üçün bir az fəallaşmalıyiq, daha çox iş aparmalıyıq və elə etməliyik ki, azərbaycanlılara qarşı ermənilərin törətdiyi cinayətləri dünyada bilməyən insan qalmasın. Bu o qədər də asan məsələ deyil, ancaq biz bu istiqamətdə əlimizdən gələni əsirgəməməliyik".

Dəniz NƏSİRLİ





Chosen
14
baki-xeber.com

1Sources